İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxangelskdəki diaspor Ucarda abadlıq-quruculuq işlərinə dəstək göstərib

Bu il Arxangelsk vilayətindəki diaspor fəallarımızın dəstəyi ilə Ucar rayon Qəzyan kəndində bir sıra abadlıq-quruculuq işləri görülüb. Bu haqda "Diaspornews.az"a Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov məlumat verib.

Bildirilir ki, xeyriyyə işləri çərçivəsində Ucar rayon Qəzyan kəndində II dünya müharibəsində
və birinci Qarabağ müharibəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə əsaslı təmir olunub. 44 günlük Vətən müharibəsinin Qəzyan kəndindən olan iki şəhidin-Vüqar Ələkbərov və Fərid Hüseyinzadənin adları həmin abidə kompleksində əbədiləşdirilib. Bundan sonra Qəzyan kənd 1 nömrəli orta məktəbin hasarı və sanitar qovşağı əsaslı təmir olunub. Gələcəkdə məktəbin su təchizatı məsələsi də gündəmdədir.

Bununla yanaşı, Arxangelsk diasporu tərəfindən İrəvan xanlığının xəritəsiinin 25 nüsxəsi Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədova təqdim edilib. Bu xəritələr rayon məktəblərinə paylanılacaq.
Kənd qəbiristanlığının hasarı da diaspor fəalları tərəfində əsaslı təmir olunub. Xatırladaq ki, bundan əvvəlki illərdə diasporun dəstəyi ilə qəbiristanlıqda 35 bulaqdan ibarət su xətti çəkilib. 2021-ci ildə sanitar qovşağı inşa olunub. Artıq uzun illərdir Qəzyan kəndinin qəbiristanlığının bütün maliyyə xərcləri və abadlığı Arxangelsk vilayətində Azərbaycan diaspor fəalları tərəfindən həyata keçirilir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR