Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan "İctimai televiziya"ya müsahibəsində həyat yoldaşının Ukraynaya səfərindən danışıb.
Musavat.com xəbər verir ki, Paşinyan bu mövzunun həddən artıq siyasiləşdirildiyini bildirib: "Anna Akopyan uzun müddətdir ki, Birinci Xanımlar və Cənablar Sammitinin fəaliyyətində iştirak edir və tədbir çərçivəsində keçirilən tədbirlərdə iştirak edir. Yaxın vaxtlarda Ermənistanda da analoji tədbirin keçirilməsi planlaşdırılır".
Qeyd edək ki, Anna Akopyan Kiyevdə Azərbaycanın suveren ərazisindəki vəziyyətlə bağlı yalanlarla çıxış edib. O cümlədən guya “30 min aclıq çəkən Artsax uşağı” haqqında uydurma məlumatlar verib.
Musavat.com
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ