İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutunyan hərbi rejimlə bağlı “qərar verib”


Qarabağdakı qondarma qurumun başçısı Araik Arutyunyan “artsax respublikası” ərazisində elan edilmiş hərbi vəziyyət şəraitində həyata keçiriləcək bir sıra tədbirlər haqqında “fərman” imzalayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, “sərəncam” “artsax respublikası” əhalisinin normal həyatını təmin etmək və 2022-ci il dekabrın 12-də Xankəndi-Gorus avtomobil yolunun “Azərbaycan tərəfindən bağlanması” (?!) nəticəsində yaranmış vəziyyətlə əlaqədar yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə və “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna əsasən imzalanıb.

Burada qondarma “dövlət hakimiyyəti” və “yerli özünüidarəetmə”, “müdafiə”, “dövlət həyatı” və iqtisadiyyat üçün xüsusi təyinatlı obyektlərin hərbi vəziyyətin xüsusi iş rejiminə keçirilməsi, zəruri hallarda “artsax”  ərazisində sərbəst hərəkət hüququnun məhdudlaşdırılması, habelə göstərilən ərazini tərk etmək üçün xüsusi rejimin təyin edilməsi və sair kimi sərsəm iddialar əksini tapıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR