Onlayn ictimai-siyasi qəzet
Bakı üçün indiki mərhələdə bir şey vacibdir - Qarabağ məsələsinin yekun olaraq bağlanması. Bu o deməkdir ki, Qarabağ ermənilərinin öz evlərinə hər hansı qayıdışından söhbət gedə bilməz.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli ekspert Artur Martirosyan bildirib.
“Proses şəffaf olmadığı üçün biz müəyyən razılaşmaların qiymətini bilmirik. Məsələn, Azərbaycan tərəfi deyəndə ki, “Zəngəzur dəhlizi”nə indi baxılmayacaq, burada yalnız fərziyyələr irəli sürə bilərik. Aydın məsələdir ki, Azərbaycan tərəfi qarşılığında nəsə alsaydı, bu addımı atardı. Bu o deməkdir ki, bunun müqabilində Azərbaycan tərəfi özü üçün prioritet məsələni irəli sürmək imkanı əldə edib. Bu, indiki mərhələdə Qarabağ məsələsinin birdəfəlik bağlanmasıdır. Bunu Ermənistan tərəfindən yeni Konstitusiyanın qəbulu tələbləri, Minsk qrupunun ləğvi tələbləri və Toivo Klaarın son bəyanatlarına reaksiya sübut edir. Onlar üçün məsələnin nəhayət bağlanması vacibdir, bu isə o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qətiyyən gündəmə gətirilməməlidir”, deyə Martirosyan söyləyib.
“Görünən odur ki, bütün baş verənlərdən sonra ermənilərdən heç biri Azərbaycana qayıtmayacaq, lakin Bakı azərbaycanlıların Ermənistana qayıtması üçün şərait yaratmaq üçün əlindən gələni edəcək, çünki onlar üçün bu, strateji əhəmiyyət kəsb edən məsələdir” - deyə Martirosyan qeyd edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ