İnsanlara hürriyət, millətlərə istiqlal!

"Arda "Real Madrid", ya da "Barselona"nı çalışdıracaq" - Klub prezidenti AÇIQLADI

Türkiyə Super Liqası komandalarından "Eyüpspor"un baş məşqçi Arda Turan barədə maraqlı iddia ortaya atılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Murat Özkaya danışıb.

O, "Adana Demirspor" üzərində 6-0 hesablı qələbədən sonra  açıqlamalar verib. Özkaya Arda Turanın dünya səviyyəsində böyük bir məşqçi olacağına inandığını bildirərək, "Real Madrid" və "Barselona" ilə bağlı diqqət çəkən iddia səsləndirib:

"Xahiş edirəm, bunu yazın: Arda Turan bir gün ya "Real Madrid", ya da "Barselona"nı çalışdıracaq".

Onu da qeyd edək ki, 38 yaşlı Arda Turan "Eyüpspor"u meydana çıxardığı 78 oyunda 1.87-lik xal ortalaması əldə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR