Onlayn ictimai-siyasi qəzet
“Araz” supermarketlər şəbəkəsindən alış-veriş edən müştəri vitrindəki qiymətlərlə kassadakı qiymətlərin eyni olmadığının şahidi olub.
Musavat.com xəbər verir ki, müştəri bunu sübut edən görüntüləri sosial şəbəkədə paylaşıb.
Qeyd edilən hadisə “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində (“Kaktus” restoranının yanı) yerləşən filialında baş verib.
Müştəri aldığı bir neçə məhsulun vitrindəki qiyməti ilə kassadakı qiyməti arasında fərqi gördükdən sonra mağazaya qayıdıb. Maraqlıdır ki, mağaza əməkdaşı baş vermiş hadisəni inkar etməyərək “aradan qaldırarıq” deyib və müştərini sakitləşdirməyə çalışıb. Amma müştəri bu halla artıq neçənci dəfədir qarşılaşdığını deyərək etirazını bildirib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ