İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada ölənlərin sayı artdı - SON DƏQİQƏ

Səhər saatlarında İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Musacat.com-un məlumatına görə, bu barədə “Əl-Əqsa” telekanalı Qəzzanın mülki müdafiəsinə istinadən bildirir.

Daha əvvəl 8 nəfərin öldüyü, 25 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

“Sektorda atəşkəsin qüvvəyə minməsindən sonra İsrail tərəfindən atılan atəşlər nəticəsində 13 nəfər ölüb, 30 nəfər yaralanıb”, - telekanalın açıqlamasında bildirilir.

Fələstinin Qəzza zolağında münaqişə tərəfləri - İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəlib və hərbi əməliyyatların son nəticəsinə sadiq olduqlarını bəyan ediblər. Birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR