Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Vurğulanıb ki, sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ