İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski onları dövlət mükafatlarından MƏHRUM ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən 18 Ukrayna və Rusiya vətəndaşına qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Musavat.com xəbər verir ki, müvafiq sənəd prezidentin rəsmi saytında dərc olunub.

Sanksiya siyahısına xüsusilə, Ukrayna Ali Radasının deputatı Nestor Şufriç, siyasətçi Yevgeni Murayev, qadağan olunmuş Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenko, sabiq deputatlar Oleq Voloşin və Leonid Baysarov daxildir.

Ukraynanın dövlət mükafatlarından məhrum edilən şəxslər arasında rusiyalı dirijor Yuri Başmet, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Ukrayna Ali Radasının deputatı Yuri Boyko yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR