Onlayn ictimai-siyasi qəzet
Yanvarın 20-də “Bakı Metropoliteni”nin iş rejimi dəyişdiriləcək.
Musavat.com bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ