Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Qarabağda rus sühməramlılarının nəzarət zonasında oyuncaq və qondarma separatçı rejimin “rəhbəri” Arayik Arutunyan istefasını açıqlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Arutyunyanın bu qərarı daxildə böyük təzyiqlə nəticəsində aldığı bildirlir.
Lakin yerli siyasətçi Metaxe Akopyan yerli “Haraparak” qəzetinə müsahibəsində bununla razılaşmadığını bildirib. O, qondarma “parlamentin” son altı saatlıq iclası zamanı, sadəcə vəziyyətdən çıxış yolu ilə bağlı çoxsaylı təkliflər verildiyini söyləyib.
Metaxe Akopyan mənsub olduğu siyasi qüvvənin Bakı-Xankəndi danışıqlarına alternativ təklif etdiyini də deyib: “Təklif etdik ki, “3+1” deyilən format yaradılsın. 9 noyabr 2020-ci il tarixli bəyanatını imzalayan tərəflərin nümayəndələrindən işçi qrupu yaradılsın. Həm Ermənistan, həm də Rusiya Federasiyası yerli ermənilərin də (Akopyan buna uydurma “Arsax” adını qoyub) iştirak edəcəyi bu qrupun yaradılmasına çalışsın. Əgər hökumət bunu bacarırsa, deməli, yeganə çıxış yolu budur. Əgər yoxsa, o zaman başqalarına fürsət verməlisən. Arutyunyan da bunun nəzərə alınacağını dedi və daha sonra istefa verdi”,-deyə Akopyan qeyd edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ