İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyan keçmiş həmkarlarını fərari adlandırdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan digər erməni diplomatların, keçmiş xarici işlər nazirlərinin Alma-Ata bəyannaməsinin Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyi barədə fikirlərini şərh edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan bununla bağlı mayın 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransı zamanı danışıb.

“Qeyd etdiyiniz təcrübəli diplomatlar Ermənistan Respublikasının suveren ərazisinə hərbi təcavüz baş verən  o günlərdə öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir. Bu məsələni dedikdən sonra bu adamlara, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir”, - deyə Mirzoyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR