Onlayn ictimai-siyasi qəzet
“2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Nikol Paşinyan yenidən Qarabağı xatırlayıb. Bu dəfə dedi ki, əgər Qarabağ Azərbaycan və ya Ermənistan deyilsə və müstəqil deyilsə, onda nədir?”
Musavat.com xəbər verir ki, bu cümlə Ermənistanın revanşist “Həyat naminə ölkə” partiyasının sədr müavini Mesrop Arakelyanın statusunda əks olunub.
“2018-2023-cü illərdə Nikol Paşinyanın başçılıq etdiyi hökumətin dövlət büdcəsindən “artsaxa” (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma rəhbərliyə qoyulan uydurma ad - red.) hər il “dövlətlərarası” kreditlər verilirdi.
İndi Nikol Paşinyana sual: bu kreditləri kimə vermisiniz? Əgər siz “artsaxı” tanımırsınızsa, o zaman söhbət büdcə vəsaitlərinin xüsusilə böyük israfından gedir” - deyə Arakelyan bildirib.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ