İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araik Paşinyana məktub yazmasa...” - SENSASİON açıqlama

“Deyirlər ki, “DQR” “prezidenti” (qondarma - red.) Araik Arutyunyan Vladimir Putinə məktub yazıb. O, Qarabağ ermənilərinin düşdüyü ümidsiz vəziyyəti təsvir edib və kömək gözləyir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının üzvü Andranik Tevanyan öz feysbuk səhifəsində yazıb. 

“Əgər Araik Arutyunyan Nikol Paşinyana məktub yazmasa və ondan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı üçün hesabat tələb etməsə, digər tələblərinin heç bir mənası yoxdur. Məktub səhv ünvana göndərilib. Düşmən içəridədir. Belə bir şəraitdə kənar qüvvələrdən necə kömək gözləmək olar?” - deyə Tevanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR