Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə nəinki Bakının əli açıldı, əksinə, Rusiya sülhməramlılarının işi daha da mürəkkəbləşdi”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın “Hayastan” fondunun keçmiş rəhbəri, siyasi ekspert Ara Vardanyandır.
“İndi sülhməramlıların anlaşılmaz mandatı var, çünki onlar 9 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan və əslində artıq mövcud olmayan tədbirləri görməlidirlər”, - deyə o üçtərəfli bəyanatın işləmədiyini izah etməyə çalışıb.
Vardanyanın sözlərinə görə, təkcə Bakı deyil, İrəvan da bu sənəddən imtina edib və Rusiya tərəfinin Azərbaycandan Naxçıvana gedən yola nəzarət etməyəcəyini bildirib. Onun fikrincə, Ermənistan tərəfi bu bəyanatla faktiki olaraq sözügedən sənədin 9-cu bəndindən imtina etdiyini göstərib. Bu isə üçtərəfli bəyanatın hüquqi qüvvəsinin aradan qaldırılmasında son damla olub.
“Belə bir vəziyyət həm Ankara, həm də Bakının maraqlarından irəli gəlir, çünki Ermənistan ərazisinə müxtəlif müdaxilələr üçün imkan yaradır”,-deyə erməni politoloq qeyd edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ