İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Milli Məclisin komitə iclasları Ağdamda da keçirilsin”

Deputat Aqil Abbas Milli Məclisin iclasındakı çıxışında parlamentin komitə iclaslarının Şuşada keçirilməsini təqdir etdi. Eyni zamanda ölkə prezidentinin Ağdama səfəri, təməlqoyma mərasimləri və həyata keçirilən işlərdən bəhs etdi.

Deputat bildirdi ki, Ağdam tikilir, böyük işlər götülür, Hətta dəmir yolu da fəaliyyət göstərməyə başlayıb. “Hesab edirəm ki, komitə iclaslarını Ağdamda da keçirtmək olar. Xahiş edirəm bu təklifi nəzərə alasınız”.

Spiker Sahibə Qafarova təklifə görə təşəkkürünü bildirdi və dedi ki, Milli Məclisin komitə iclasları Qarabağın hər bir guşəsində keçiriləcək, o cümlədən də Ağdamda.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR