İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Gərək Yaponiya səfirliyinə müraciət edim ki, artezian vurdursunlar”

Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas çıxışını “dünya çox böyükdür, dünyadan danışmayacağam, Ağcabədidən danışacağam”-deyərək sözə başladı.

Deputat dedi ki, Ağcabədidə 115 artezian qazılıb, amma işləmir: “Cəmi 11 artezianın bərpasına pul ayrılıb. Camaat zəng edir, məktub yazır, deputatdan da, başçıdan da artezian tələb edir. Görüşəndə deyirəm ki, qardaş, mən artezian vura bilmərəm, buna pulum çatmaz. Bir artezian 50 min manata qazılır. Əhmədzadədən sonra camaat susuz qalıb. Şəmkirdə də camaatın əkin-biçini yanır. Həmin kəndli məcbur olub Bakıya qaçıb gələcək”.

A.Abbas problemin təcili həlli zəruri saydı: “Sərsəng su anbarı bizdə deyil, nümayəndələrimiz gedib baxdılar, amma hələ bir yenilik yoxdur. Xahiş edirəm, bu məsələni yoluna qoysunlar”.

Deputat qeyd etdi ki, “Azərsu”nun məsul olduğu sahədə, içməli su artezianları ilə bağlı da bərbad vəziyyət hökm sürür. “Yaponlar sağ olsun, o vaxt onlar Ağcabədidə artezianlar qazdırdılar. İndi gərək Yaponiya səfirliyinə müraciət edim ki, artezian vurdursunlar, camaat susuz qalıb”.

Sonda A.Abbas “təzə kadrlar nədənsə özünü doğrultmur, sağ olsunlar”, deyə, deputat bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR