İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər”  

Deputat Aqil Abbas parlamentdəki çıxışında Azərbaycana qarşı təzyiqlərdən bəhs etdi.


Musavat.com-un məlumatına görə deputat bildirdi ki, ölkəmizə qarşı sanksiya təhdidlərindən ehtiyatlanmaq lazım deyil.

“Bizi sanksiya ilə hədələyirlər. Əslində, sanksiyalardan qorxmağa ehtiyac yoxdur. Baxın, İrana 40 ildir sanksiya tətbiq ediblər. İran öz silahlarını yaradıb, müdafiə sahəsini gücləndirib. Bizə sanksiya tətbiq etsələr, daha da müdafiəmizi gücləndirərik. Sanksiyaların tətbiqi həmin ölkələrin güclənməsi deməkdir”-deputat bildirdi.

A.Abbas qeyd etdi ki, amma biz sanksiya tətbiq eləsək, onlar çöldə qalarlar: “Rusiya Fransanı Afrikadan vurub çıxarıb. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələrlə daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yol, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?!”

Deputat Fransa prezidenti ilə bağlı təklif səsləndirdi: “Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir eləmərəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR