Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Ehtiram Hüseynov efirdə kövrəlib.
Evdəkilərə salam" verilişində qonaq olan sənətçiyə aparıcı Aytəkin Mərdanova valideynləri ilə bağlı sual ünvanlayıb.
Hüseynov "Valideynlər bizim baş tacımızdır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, sağ olanlara isə can sağlığı versin. Mənim də valideynlərim mənim baş tacımdır" sözlərini dilə gətirib.
Aytəkinin "Siz pis olanda (xəstəliyini nəzərdə tutur - red. ) yəgin ki, onlar da həyaca keçirtdilər" sözlərinə Ehtiram göz yaşı axıdıb.
İfaçı bu haqda danışmaq istəmədiyini və aparıcıdan bu mövzunu dəyişməsini xahiş edib.
Qeyd edək ki, E. Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.//Olay.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ