İnsanlara hürriyət, millətlərə istiqlal!

Antoni Blinken Kiyev və Moskva arasında atəşkəs danışıqlarını istisna edib

ABŞ-nin dövlət katibi Antoni Blinken hazırda Ukrayna və Rusiya arasında atəşkəs rejimi barədə danışıqların mümkün olmadığını düşünür.

AZƏRTAC xəbər verir ki, Antoni Blinken bu barədə “Funke” media qrupuna müsahibəsində deyib.

“Rusiya elə bir vəziyyətə gəlməlidir ki, konstruktiv danışıqlara hazır olsun. Atəşkəs rejimi ideyası bəziləri üçün cəlbedici görünə bilər, lakin bu, faktiki olaraq Rusiya işğalının ratifikasiyası deməkdir. Bu, ədalətli və dayanıqlı sülh olmayacaq və Rusiya bir müddət sonra güc toplayaraq yenidən hücuma keçə bilər”, - deyə Antoni Blinken bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Roma Papası Fransisk Pasxa bayramı münasibətilə aprelin 9-dan Ukraynada iki həftəlik atəşkəs rejiminin tətbiq olunmasını təklif edib. Bir çox politoloqların fikrincə, münaqişə tərəflərinin heç biri – nə Rusiya, nə də Ukrayna hələlik atəşkəs təklifini qəbul etməyə hazır deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR