İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyada sel fəlakəti- evləri su basdı, avtomobillər zərər gördü  

 

Antalyada sel fəlakəti yaşanıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kumluca bələdiyyə başçısı Mustafa Köleoğlu məlumat yayıb.

O, axşam saatlarında başlayan leysan yağışın selə çevrildiyini və körpüləri uçurduğunu bildirərək, texnikanın da su səbəbindən işləmədiyini bildirib. Bələdiyyə başçısı bildirib ki, 50 ildir Kumlucada bu cür hadisə yaşanmayıb.

Sel suları binaların alt mərtəbələrindəki ev və obyektlərə, avtomobillərə ciddi ziyan vurub.

Xüsusilə Sarıcasu bölgəsinin seldən zərər çəkdiyi, yolların yamaclardan tökülən torpaqla dolduğu, istixanalara ciddi ziyan dərdiyi bildirilir. Rayon mərkəzində verilən elanlarla vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində insan ölümünün olmadığı bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR