İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara "yaşıl işıq" yandırdı, Kremldən isə Ərdoğanla bağlı diqqətçəkən AÇIQLAMA gəldi

Rəsmi Ankaranın Bəşər Əsəd administrasiyası ilə dialoqa yaşıl işıq yandıran açıqlamaları son vaxtlar gündəmdədir.

Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Zirvə Toplantısında Suriya lideri Bəşər Əsədlə görüşün olub-olmayacağı sualına "Hazırda görüş məsələsi gündəmdə deyil, ancaq mümkün deyil də demirəm, biz zamanı gəldikdə Suriya rəhbəri ilə görüşə bilərik" deyə bildirmişdi.

Musavat.com-un xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun da məsələ ilə bağlı açıqlaması gecikməyib.

O, "Əl-Əxbar" qəzetinə müsahibəsində bildirib ki, Dəməşq-Ankara xəttində xarici işlər nazirləri səviyyəsində yeni bir addım atılması hədəflənir. Boqdanov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə suriyalı həmkarı Faysal Mikdadı bir araya gətirəcək görüş üçün yer təmin edə biləcəklərini də vurğulayıb.

"Əl-Əxbar" qəzeti Rusiya və İranın iki ölkə arasında vasitəçilik fəaliyyətlərini davam etdirməsinə diqqət çəkərkən xüsusilə ABŞ-ın Suriyadan çəkilməsi məsələsində Ankara və Dəməşq administrasiyaları arasında razılaşmanın vasitəçilik prosesini asanlaşdırdığını qeyd edib.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR