İnsanlara hürriyət, millətlərə istiqlal!

Andranik Tevanyan: “İrəvan Moskvaya müharibə elan edib”

 

“İrəvan Moskvaya müharibə elan etdi: Paşinyan türk proqramını icra edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki bu sözlərin müəllifi Ermənistan parlamentinin keçmiş deputatı, İrəvan merliyinə keçmiş namizəd Andranik Tevanyandır.

“Nikol Paşinyanın partiyası Roma Statutunun ratifikasiyasını dəstəklədi.

Sadə dillə desək, Moskvaya və şəxsən Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müharibə elan etdi.

Ermənistan ratifikasiya nəticəsində müsbət heç nə qazanmayacaq. Əvəzində bu, bütün nəticələrlə Ermənistan-Rusiya münasibətlərinin pozulması ilə nəticələnəcək.

İrəvanın bu siyasəti düşmənlərimizə - Türkiyə və Azərbaycana tamamilə sərfəlidir. Sonuncu, yeri gəlmişkən, belə bir həssas məsələdə Moskvanı qıcıqlandırmağın lazım olmadığını yaxşı bildiyindən və Moskvada anti-erməni xəttini təşviq etmək üçün Roma statusunu ratifikasiya etməyib. .

Rusiya ilə Qərb arasında kəskin qarşıdurma şəraitində Roma Əsasnaməsinin ratifikasiyası Ermənistanı Rusiyaya qarşı bu qarşıdurmanın fəal iştirakçısına çevirir. Bunun hara aparacağını söyləmək çətindir”,-deyə Tevanyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR