İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anbar", "şənbə" sözünü yaza bilməyən saxta müəllimlər... " - Rauf Arifoğlu naziri müdafiə etdi - VİDEO

Musavat TV-nin efirində aparıcı Sevinc Telmanqızının verilişində qonaq olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu təhsil naziri Emin Əmrullayevin müəllimlərin bəzi sözləri doğru yaza bilməməsi fikrinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu nazirin tamamilə haqlı olduğunu, əsas problemin sadə sözləri səhv yazan müəllimlərdə olduğunu qeyd edib. 

"Öyrətmən-öyrədən adamdır. Müəllim "anbar", "şənbə", "şaftalı" sözünü doğru yazmırsa, burada bir problem var. Nazirin sözünü çox adam qəribçiliyə saldı. Çox hörmət etdiyim Qulu Məhərrəmli də tərs-köşə vurdu, heyrətə gəldim.

90-cı illərdə 30 minə yaxın vətəndaşımız saxta diplom aldı. Dağıstandan, Rusiyadan, Ukraynadan. Tamaşaçılar da bilir. İndi də Dağıstandan saxta diplom almaq mümkündür. Təsəvvür edirsiniz, 30-40 min adam saxta müəllimdir, tədrisə doluşub. Hər müəllimin tədris ömrü 40 ildir. Saxta müəllimlər 40 il ərzində onminlərlə gəncimizi "şikəst" ediblər. Problemin kökü budur", - Rauf Arifoğlu bildirib.

Daha ətraflı videoda: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR