Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 5 oktyabrda Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı keçiriləcək. Qurultay AYB-nin yeni sədrinin kimliyini müəyyən edəcək. Qeyd edək ki, sədrin dəyişəcəyi ilə bağlı bəzi fikirlər var.
AYB sədri, Xalq yazıçısı Anar Rzayev Musavat.com-a açıqlamasında bildirdi ki, Milli Məclisin 30 sentyabr iclasına görə qurultayın vaxtı 5 oktyabra keçirilib:
"Sədrlə bağlı dəyişiklik gözləyənlər gözləsinlər. Biz hansısa dəyişiklik gözləmirik. Kimi seçsələr, o da olacaq".
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ