İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana ölümlərinin əsas səbəbi açıqlandı

Son illər tək Azərbaycanda yox, bütün dünyada ana və uşaq ölümlərinin sayı artıb.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O bildirib ki, ölkədə bunun əsas səbəbləri araşdırılır.

"Ana ölümlərinin ötən il kəskin artmasının səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatı tələbinə uyğun olaraq metodologiyanın dəyişdirilməsi oldu. Biz buna hər ay nəzarət edirik.

Ümid edirik ki, gələn il bu say az olacaq. Bu məsələdə vətəndaşların da bir az məsuliyyətli hərəkət etməsini istərdik. Ana, valideyn məsuliyyətli olmalı, vaxtında müayinələrdən keçməlidir", - deyə o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR