İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ana Ermənistan”dan Rusiyaya DƏSTƏK

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan revanşist “Ana Ermənistan” hərəkatı Gümrüdə yerləşən Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasına qarşı keçiriləcəyi bildirilən aksiyaya sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Hərəkatın bəyanatında qeyd olunur ki, özlərini “Qərbpərəst” adlandıran qüvvələr bu aksiyanı keçirmək niyyətindədirlər:

“Başqa hakimiyyətlər dövründə belə anti-erməni qüvvələrin və Türkiyənin 5-ci kolonunun ölkənin siyasi meydanında mövcudluğu mümkünsüz olardı. Lakin hazırkı hakimiyyət dövründə bütün bunlar məlum səbəblərdən təkcə dözümlə qarşılanmır, faktiki olaraq təşviq olunur”.

Bəyanatda iddia olunur ki, “Qarabağın itirilməsindən, Sünik ərazisinin mübahisəli zonaya çevrilməsindən və Zəngəzur dəhlizinin əldə edilməsindən sonra növbəti mərhələ kimi 102-ci hərbi bazanın çıxarılması prosesi gündəmə gətirilir. Bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim edilməsi yalnız texniki məsələ olacaq”.

“Ana Ermənistan” hərəkatı Rusiya hərbi bazasını “Ermənistanın təhlükəsizliyinin mühüm komponenti” adlandıraraq cəmiyyətin bu addımı qəbul etməsinin “üzücü” olacağını bildirib.

Təşkilat “Ermənistan Respublikasının maraqlarını bütün mövcud vasitələrlə qoruyacağını” bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR