İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalılar Baydenin yenidən prezident olmasını istəyirmi?

ABŞ vətəndaşlarının əksəriyyəti ölkənin hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən iştirak etmək üçün "çox qoca" olduğuna inanır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı YahooNews/YouGov-un birgə keçirdiyi sorğunun nəticələrinə əsaslandırıb.

Qeyd edildiyi kimi, Demokratlar Partiyasının tərəfdarları arasında çoxları Baydenin yaşının problem olması ilə razılaşır - bu bəyanatı 48% dəstəkləyib və yalnız 34% bununla razılaşmayıb. Müstəqil seçicilərə gəlincə, 71% ABŞ prezidenti ikinci müddət üçün çox yaşlı olduğunu ifadə edib.

Bayden hələ 2024-cü il seçkilərində iştirakını rəsmən açıqlamayıb. Əgər ABŞ prezidenti səsvermədə iştirak etmək qərarına gəlsə və qalib olsa, o zaman ikinci müddətinin əvvəlinə onun 82, sonuna qədər isə 86 yaşı tamam olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR