İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı yazıçılar süni intellekti plagiatda ittiham edir

Müəlliflər gildiyası və 17 məşhur yazıçı neyron şəbəkəni məhkəməyə verib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iddiaçılar süni intellektin müəllif hüquqlarını pozduğunu və onların əvəzindən kitablar yazdığını bildirirlər.

 Şikayət ərizəsi Nyu-Yorkun cənub dairəsi məhkəməsinə verilib. İddiaçılar arasında Corc Martin, Con Qrişam, Conatan Franzen və Codi Pikult var.

 Onlar neyron şəbəkənin icazəsiz və xəbərdarlıq etmədən müəllif hüquqları ilə qorunan materialı böyük dil modellərinə yükləməsindən şikayətləniblər. İddiaçıların fikrincə, bu cür hərəkətlər ədəbi əsər yaradanların, o cümlədən özlərinin güzəranını ciddi şəkildə təhdid edir.

 Yazıçıların fikrincə, neyron şəbəkə onların kitabları əsasında mətnlər hazırlayır. Bu, ədəbi bazara ciddi ziyan vurur, çünki süni intellektin ortaya qoyduğu əsərlər keyfiyyətsiz saxtakarlıqların yaranmasına və insanlar tərəfindən yazılan kitabların sıxışdırılmasına səbəb olur.

 Şikayətçilər hüquq pozuntusu ilə başa gələn hər bir əsər üçün 150 minə qədər kompensasiya ödənilməsini, həmçinin neyroşəbəkələrin yaradıcılarına müəllif hüquqları ilə qorunan əsərlərdən istifadənin qadağan edilməsini tələb edirlər.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR