İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı siyasətçidən ŞOK AÇIQLAMA: İsrail hadisələri ABŞ-da təkrarlana bilər

Bayden administrasiyasının immiqrasiya siyasəti İsrail hadisələrinin ABŞ-da təkrarlanmasına səbəb ola bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qrin “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Q.jpg (121 KB)

"İsraildə baş verənlər Amerikanın da başına gələ bilər. Biz 160-dan çox müxtəlif ölkədən əcnəbilər tərəfindən işğal olunmuşuq", - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, səlahiyyətlilər çox vaxt ABŞ-a daxil olan qeyri-qanuni miqrantları və onların harada olduqlarını müəyyən edə bilmirlər. Miqrasiyanın miqyası o qədər böyükdür ki, Bayden administrasiyası bunun öhdəsindən gələ bilmir.

"Bu oyanış zəngi olmalıdır", - deyə siyasətçi yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden miqrasiya siyasətinə görə dəfələrlə tənqid olunub. Texas qubernatoru Qreq Abbott dövlət başçısını ABŞ-Meksika sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR