İnsanlara hürriyət, millətlərə istiqlal!

Ambarsumyandan ŞOK: “Müharibə dövründə dövlətə xəyanət halları olub”

“Dövlətə xəyanət halları ictimaiyyətə açıqlana bilməz”.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambarsumyan belə bir açıqlama verib.

Onun fikrincə, bunlar ordunu gözdən salır. Lakin bununla bərabər, günahkarlar da aşkarlanmalıdır:

“Milli Təhlükəsizlik Xidmətindən olan həmkarlarım bilərəkdən bu işləri açıqlamır, bu, sadəcə yanaşmanın bir formasıdır”.

Keçmiş direktor bu cür insidentlərin müharibənin (44 günlük savaş nəzərdə tutulur - red.) gedişatına təsir göstərdiyini və bunun bir fakt olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR