İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - VİDEO

Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.

Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş verib. 

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, Yeni Kərki kəndində Xanlar Soltanovun idarə etdiyi avtomobil Şərur rayon sakini Cəlil Əliyevin idarə etdiyi maşınla toqquşub.

Hadisədən sonra əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobillərdə sıxışıb qalan şəxslər çıxarılıb. Onlardan 6 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə zamanı həlak olan Xanlar Sultanov və onun həyat yoldaşı Azadə Sultanova toydan qayıdırmış. Azadə Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb. Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş. 23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR