İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçunun evi qarət edildi

Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.

Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.

Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

19 May 2025

BÜTÜN XƏBƏRLƏR