Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Böyük Yeddiliyə Rusiya neftinə tətbiq olunan qiymət tavanının 50 dollara endirilməsini təklif edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Avropanın iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskisə istinadən məlumat yayıb.
Avropa komissarı bildirib ki, təklif həmçinin Rusiyaya qarşıp 18-ci sanksiya paketində yer alacaq: “Mən G7-nin digər tərəfdaşlarından da bu məsələyə maraq və müəyyən müzakirə gözləyirəm". Dombrovskis bu həftə Kanadada keçiriləcək G7 maliyyə nazirlərinin görüşündə bu təklifi irəli sürmək niyyətində olduğunu bildirib.
Mayın 15-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, hazırda Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edən Aİ dərhal yeni məhdudiyyətlər paketi üzərində işə başlayacaq.
Xatırladaq ki, 5 dekabr 2022-ci il tarixində Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. G7 ölkələri, Aİ və Avstraliya öz gəmiləri və əraziləri üçün dənizdən daşınan Rusiya neftinin barrelinə 60 dollar qiymət həddi tətbiq edib. 2023-cü il fevralın 5-dən Rusiyadan neft məhsullarının idxalına oxşar məhdudiyyətlər qüvvəyə minib.
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ