Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığı zamanı maraqlı bir detala toxunub. Tramp bildirib ki, Putin ona ABŞ-ın birinci xanımı Melaniya Trampa böyük hörmət bəslədiyini deyib.
Musavat.com xəbər verir ki, Tramp bu sözlərə zarafatla cavab verib:
“Bəs mən necə?” – deyə o, gülümsəyərək soruşub və əlavə edib – “Amma bu, məni tamamilə qane edir”.
Söhbət Trampın və Putinin arasında baş tutan iki saatlıq telefon danışığından sonra ABŞ prezidentinin ictimaiyyətlə paylaşdığı məqamlar arasında yer alıb.
@@TVmusavat/115455@@
Toğrul İSMAYIL,
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ