İnsanlara hürriyət, millətlərə istiqlal!

Almatı polisi gücləndirilmiş iş rejiminə keçib

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda polis “Qanun və asayiş” əməliyyatı çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə “Report”a şəhər polis idarəsindən məlumat verilib.

Növbəti 10 gün ərzində cinayətə sıfır dözümlülük çərçivəsində polis əməkdaşları və hərbi qulluqçular küçə, həyət, meydan, bağçalar və digər ictimai yerlərdə yoxlamalar aparacaq.

Eyni zamanda miqrasiya qanunvericiliyinin, o cümlədən tikinti və ticarət sektorunda pozuntuların müəyyən edilməsi məqsədilə də yoxlanışlar keçiriləcək.

Silah sahibləri və polisin profilaktik reyestrində olan şəxslər də yoxlanılır, itkin düşmüş şəxslərin, cinayətkarların axtarışı, habelə əmlak və avtomobil oğurluğu ilə məşğul olan cinayətkar qrupların ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri gücləndirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR