İnsanlara hürriyət, millətlərə istiqlal!

Almatı aeroportunda girov götürən təqaüdçüyə cəza tələb edildi

İyulun 15-də Almatı məhkəməsində şəhər aeroportundan insanları girov götürməkdə təqsirləndirilən Maşrapbek Baratovun işi üzrə dinləmələr başlayıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, prokuror Almas Bertayev müttəhimin ümumilikdə 10,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. İttiham tərəfi məhkəmədən Baratovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinməsini xahiş edir: girov götürməyə görə 8 il, silahdan istifadə etməklə xuliqanlığa görə 4 il 8 ay, terror aktı barədə bilərəkdən yalan xəbər verməyə görə 2 il 6 ay.

Maşrapbek Baratov yekun ifadəsində zərərçəkmişlərdən üzr istəyib və məhkəmədən onun yaşının nəzərə alınmasını və cəzanın yüngülləşdirilməsini istəyib. Təqaüdçü əməlindən tam peşman olduğunu bildirib.
Məhkəmə yekun qərarını iyulun 16-da elan edəcək.

Xatırladaq ki, bu il mart ayınının 7-də Baratov Almatı hava limanında bıçaqdan istifadə edərək bir neçə şəxsi girov götürüb və çantasında “bomba” olduğunu deyərək , onu partladacağı ilə hədələyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR