İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Ukraynaya yeni ümid: NATO və Aİ üzvlüyü gündəmdə qalır

Almaniyanın gələcək kansleri hesab olunan, Xristian Demokratlar İttifaqının (XDS) sədri Fridrix Mers Ukraynaya dəstək mesajı verib.

Musavat.com-un məlumatına görə o bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı verilmiş vədlər qüvvədə qalır. Eyni zamanda Ukraynanın NATO-ya qoşulma perspektivi də gündəmdən çıxmayıb.

Fridrix Mers Rusiyanın davamlı və amansız siyasətini vurğulayaraq, onun gücünü qiymətləndirməməyə çağırıb. “İnsanlara qarşı qəddarlıq Rusiya siyasətinin daimi tərkib hissəsidir,” – deyə o, bəyan edib.

Mersin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin öz-özünə bitəcəyinə ümid bəsləmək – məsələn, ölkənin qan itirməsi və ya daxili siyasi etirazlar səbəbilə – real görünmür. Onun fikrincə, Qərb daha uzunmüddətli və sistemli yanaşma sərgiləməli, Ukraynanı həm diplomatik, həm də təhlükəsizlik sahəsində dəstəkləməyə davam etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR