İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada qiymət artımına etiraz məqsədi ilə yürüşlər başlayıb

Almaniyanın bir çox böyük şəhərində qiymət artımına etiraz olaraq axşam saatlarında yürüş-mitinqlər keçirilir.

“Report”un Avropa bürosunun məlumatına görə, ötən gün ölkənin şərqindəki şəhərlərdə başlayan aksiyalarda etirazçılar hökumətin istefasını, qiymət artımının qarşısının alınmasını, Rusiya-Ukraya müharibəsində Almaniyanın neytral mövqe tutmasını tələb ediblər.

Yürüş-mitinqləri icazəsiz keçirildiyi üçün polis iştirakçıların şəhərlərin mərkəzinə doğru irəliləməsinə icazə verməyib.

Etirazçılar ara küçələrə dağılaraq, eyvanlarda onları izləyən sakinləri yürüş-mitinqinə qoşulmağa səsləyiblər.

Xatırladaq ki, ötən gün Almaniyanın paytaxtı Berlində, parlament binasının qarşısındakı parkda "Öncə ölkəmiz" adlı etiraz mitinqi keçirilib. 3 mindən çox insanın iştirak etdiyi mitinqdə Avropa İttifaqının, eyni zamanda birliyə daxil olan Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların dayandırılması tələb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR