İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada dövlət qurumlarına kiberhücum olub

Almaniyanın bir çox ərazilərində dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın Birinci Televiziya Kanalı ARD məlumat yayıb.

Berlin Daxili İşlər Nazirliyinin Rəqəmsallaşdırma üzrə müşaviri Ralf Kleindiek RBB Televiziya Kanalına bildirib ki, bu hücum əyalət hökumətinin internet saytlarına edilən ən böyük hücumdur.

Kleindeik hücum səbəbiylə internet səhifələrinin yavaşladığını, internet infrastrukturunun təsirlənmədiyini və məlumatların oğurlanmadığını vurğulayıb.

Aşağı Saksoniyanın Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə xaricindən internet səhifələrinə sıx giriş olub və kiberhücumlarla bağlı araşdırma başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR