İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada 100 yaşına çatmış nasist belə canını qurtara bilmir

Almaniyada məhkəmə 97 yaşlı İrmqard Fürçneri nasistlərin Stutthof həbs düşərgəsində 10,5 mindən çox insanın qətlində iştirak etməkdə suçlayıb. İrmqard Fürçner həmin hərbi düşərgədə komendantın makinaçısı olaraq çalışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC kanalı məlumat yayıb.

Furçnerə iki il şərti həbs cəzası verilib. Məhkəmə onun iş zamanı - 1943-cü ildən 1945-ci ilə kimi Ştuttofda baş verənlərdən xəbəri olduğunu qərara alıb. Konsentrasiya düşərgəsinin komendantı, müharibədən sonra saxta adla gizlənən Pol Verner Hoppe hələ 1955-ci ildə məhkum edilibş, beş ildən sonra vaxtından əvvəl azad olunubmuş.

Ümumilikdə, həbsdə olan yəhudilər, polyaklar və əsir sovet əsgərləri də daxil olmaqla, Stutthofda təxminən 65 min insan ölüb. Onları öldürmək üçün müxtəlif üsullardan, o cümlədən qaz kameralarından istifadə edilib. Məhkəmədə Ştuttofun sağ qalan məhbuslarının ifadələri dinlənilib.

Qeyd edək ki, bununla bağlı proses 2021-ci ilin sentyabrında başlayanda Fürçner qocalar evindən qaçıb, lakin daha sonra Hamburqda saxlanıb. O, hökmdən əvvəl "Baş verən hər şeyə təəssüflənirəm. Həmin vaxt Stutthofda olduğum üçün təəssüflənirəm. Deyə biləcəyim tək şey budur" söyləməklə kifayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR