İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya 11 milyon avroluq yardım paketi hazırlayıb

Almaniya hökuməti Ukraynaya izolyasiyalı gödəkçələr, digər qış geyimləri, çadırlar və digər formalardan ibarət daha 11 milyon avro dəyərində dəstək paketi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

“Ukrayna rəhbərliyinin müvafiq müraciətindən sonra Berlin yaxınlaşan qış üçün ümumilikdə on bir milyon avro dəyərində avadanlıqları mümkün qədər tez çatdırmaq istəyir”, - nəşr yazıb.

Ukrayna üçün növbəti yardım paketinə 100 min isti alt paltar və digər qış geyimləri, 100 qızdırılan çadır, yüzlərlə portativ elektrik generatoru və kürək çantaları daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR