Onlayn ictimai-siyasi qəzet
Almaniya Ukraynaya verilən silahların siyahısını yeniləyib.
“Report” xəbər verir ki, bunu Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısından görmək olar.
Belə ki, yardım paketinə əlavə olaraq 56 ədəd MRAP zirehli maşını, “IRIS-T SLM” üçün raket, “IRIS-T SLS” üçün raket, 300 ədəd “HF-1” hücum dronları və s. daxil edilib.
Bundan başqa, yeni paketə həmçinin “Leopard 1” tankları və “Marder” piyadaların döyüş maşınları üçün mərmilər, “Gepard” zenit özüyeriyən qurğusu üçün 41 min sursat, 4 ədəd “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 50 min 155 mm-lik artilleriya mərmisi, 2 min 122 mm-lik mərmi daxildir. Eləcə də Berlin ehtiyat hissələri ilə birlikdə 51 ədəd “Vector” kəşfiyyat PUA-sını, 245 ədəd “RQ-35 Heidrun” kəşfiyyat dronunu, atıcı silahlar (tüfənglər, pulemyotlar və avtomatlar), döyüş sursatını Kiyevə verib.
Daha əvvəl Almaniya Kansleri Olaf Şolts Bundestaqın federal büdcədən kənar Ukraynaya dəstək üçün əlavə xərcləri mümkün edəcək qərar qəbul etməli olduğunu bildirmişdi. O, Kiyev üçün əlavə xərclərə ehtiyacı Almaniya Federativ Respublikasının Əsas Qanununun 115-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq büdcə üçün fövqəladə vəziyyətin tətbiqi ilə izah etmişdi.
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ