İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ordusunda böyük skandal: bütün döyüş maşınları xarab çıxıb

 

Alman Bundesveri ən son “Puma” tipli piyada döyüş maşınının istismarında ciddi texniki problemlərlə üzləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Verilən informasiyaya görə, bununla bağlı  10-cu zirehli diviziyanın komandiri, general-mayor Ruprext fon Butler Ali komandanlığa xüsusi məktub yazıb.

Məlum olub ki, taktiki təlimlərdə iştirak 18 PDM-in- hamısı atışdan sonra "həddindən artıq yüklənməyə məruz qalmadığı halda" tamamilə sıradan çıxıb. PDM-lərdən birində pilot kabinəsindəki kabelin alışması nəticəsində yanğın baş verib və işlək vəziyyətdə qalan son iki maşın qüllənin zədələnməsi ilə saat yarımlıq atəşdən sonra çalışmayıb. Alman generalın yazdığına görə, həmin maşınlar döyüşçülər üçün "lotoreya”ya (xarab çıxdı, yoxsa çıxmadı)   çevrilib və bu da qoşunlar üçün ağır yük deməkdir.

Almaniya hərbi komandanlığı 2023-cü ilin əvvəlində sözügedən hərbi vasitələri NATO-nun Çevik Cavab Qüvvələrinin (NATO Response Force, NRF) bir hissəsi olan Birgə Yüksək Hazırlıq Qüvvə Biriklərinə (VJTF) təhvil verməyi planlayırdı. Lakin görünür, onların döyüş hazırlığının bərpası ən azı üç-dörd ay çəkəcək. Üstəlik, bu etibarsız maşınlar məcburən 40 ildən artıq istismarda olan “Marder” PDM-nin köhnə modeli ilə əvəz edilməli olacaq.

Almaniya Müdafiə Nazirliyi hələ 2009-cu ilin iyul ayında 405 Puma zirehli texnikası sifariş etmişdi və bunun üçün təxminən 3,1 milyard avro xərclənəcəyi gözlənilirdi. Sonradan sifarişli piyada döyüş maşınlarının sayı 350-yə endirilib. Buna baxmayaraq,  ilkin olaraq təxminən 7,6 milyon avro olan bir döyüş maşınının qiyməti təxminən 17 milyona yüksəlib. “Krauss-Maffei Wegmann” (KMW)  və şirkətləri tərəfindən hazırlanmış ilk maşınlar 2015-ci ilin iyununda Bundesverə təhvil verilib.

NATO ölkələrinin dövlət və hökumət başçıları 2014-cü ildə Uels Sammitində VJTF-nin qabaqcıl qrupunun yaradılması barədə qərar qəbul ediblər. İndi onun tərkibinə ABŞ, Böyük Britaniya, Polşa, İspaniya, İtaliya və Şimali Atlantika Alyansına daxil olan digər ölkələrdən 20 minə yaxın hərbçi daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR