İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kəşfiyyatı qaz kəmərlərinin partladılmasından Rusiyanı məsul tutur-İddia  

Almaniya xüsusi xidmət orqanları “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin üç xəttinin həmişəlik yararsız vəziyyətdə qalacağını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu hökumət dairələrindəki mənbələrə istinadən Almaniyanın “Tagesspiegel” qəzeti yazıb.

Yazıda boru kəmərlərinin tez bir zamanda təmir olunmadığı halda, içəriyə çoxlu duzlu su daxil olacağı və bunun ciddi korroziyaya gətirib çıxaracağı bildirilib.

Alman kəşfiyyat orqanları, o cümlədən Federal Kəşfiyyat Xidməti (BND) qaz kəmərlərinin təxribat nəticəsində zədələndiyini hesab edir. Hücumun mürəkkəbliyinə görə bunu yalnız xüsusi hazırlıq görmüş təyinatlıların, ehtimal ki, rusların həyata keçirə biləcəyi güman edilir. Lakin yazıda hücumun motivinin aydın olmadığı vurğulanıb.

Qəzet BND-nin peyk görüntülərini araşdırdığını və qəzadan əvvəl həmin zonadakı gəmilərin hərəkətini təhlil etdiyini bildirib.

İstintaqın versiyalarından birinə görə, dalğıclar “Şimal axını 1”in iki, və “Şimal axını 2” kəmərinin isə bir xəttinə partlayıcı yerləşdirə bilərlər.

Gələn məlumatlara əsasən, sızmanın miqyası (“Tagesspiegel” bunu nəhəng adlandırır, dənizdəki sızma hətta havadan da görünür) və qaz kəmərlərində təzyiqin aşağı düşməsinin yüksək tempi onu deməyə əsas verir ki, söhbət məqsədyönlü partlayışlardan gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR