İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya hökuməti kanslerin fikirlərini ixtisar etdi, ermənilər havalandı  

 

Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı bəyanatının heç bir hissəsi yer almayıb. Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Qeyd olunub ki, Almaniya hökumətinin mətbuat xidmətinin dərc etdiyi məlumatda Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsinə istinad edilir.

“Ofisdə keçirilən birgə danışıqlarda Ermənistanda islahatlar prosesi, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin həlli müzakirə olunub”, - məlumatda deyilir.

Daha sonra Almaniya kanslerinin “Paşinyanın öz ölkəsində başlatdığı hərtərəfli islahatlar” prosesinə verdiyi yüksək qiymətdən bəhs edilir.

“Digər müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi olub. Şolts bunun Ermənistana və bütün Cənubi Qafqaz regionuna əhəmiyyətli təsir göstərdiyini xatırladıb. Bütün bunların fonunda Ermənistan və Azərbaycanın münaqişəni mərhələ-mərhələ həll etməsi daha vacibdir. Xüsusən Dağlıq Qarabağdakı kritik humanitar vəziyyət qəbuledilməzdir və “yerdəkilərin xeyrinə tez bir zamanda həyati həll yoluna gətirilməlidir”, Şolts bildirib.

Kansler Ermənistan və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyi barədə mövqeyini bildirib. “Buna görə də Almaniya Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyir və alman heyətini Avropa İttifaqının Ermənistandakı missiyasına göndərir”, - Almaniya hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.

Erməni mediası xatırladıb ki, bir müddət əvvəl “Olaf Şolts Almaniyanın Ermənistanla Azərbaycan sərhədində qeyri-sabit humanitar vəziyyətdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahat olduğunu” bildirib. “O qeyd edib ki, Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir”-erməni mediası ardınca iddia edib. Erməni tərəf iddia edib ki, alman kansler deyib:

“Status-kvo davam edə bilməz və xalqın xeyrinə uzunmüddətli həll yolu tapılmalıdır. Bu baxımdan, Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Bununla belə, bütün bu prinsiplər ekvivalentdir. Almaniya Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləyir”.

P.S.Almaniya kanslerinin Azərbaycanın sərt reaksiyasına səbəb ola biləcək və beynəlxalq hüquqa zidd mövqeyinin sonradan rəsmi məlumatda əksini tapmaması Ermənistanda etiraz doğurub. Qeyd edək ki, hətta Qarabağdakı separatçı rejim ötən gün dərhal kanslerin fikirlərini tirajlayıb, məmnunluqlarını ifadə etmişdilər. Amma sonda yenə də xəyalları suya düşdü…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR