Onlayn ictimai-siyasi qəzet
Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya hökuməti istefa verir.
Musavat.com xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" nəşri məlumat yayıb.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer martın 25-də yeni Bundestaqın ilk iclasından əvvəl baş nazirə və nazirlərə səlahiyyətlərinin başa çatması barədə məlumat verib.
Hazırda Nazirlər Kabinetinin yeni tərkibi hələ formalaşmayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, əvvəlki kabinet yeni hökumət formalaşana qədər fəaliyyət göstərəcək.
Xristian-Demokratik Birliyi (XDB) və Xristian-Sosial Birliyinin (XSB) rəhbəri və kanslerliyə namizəd Fridrix Merts yeni komandanı 20 aprelə qədər təqdim etməyi planlaşdırır.
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ