İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman naziri təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq-BƏYANAT  

 

"Alman nazir ya məsələlərin mahiyyətindən xəbərsizdir, ya da təsir altındadır".

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qərbi Azərbaycan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirib ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır:

“Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki buna görə, Almaniya bütün günü beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməyib. Bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmayıb.

Alman naziri ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR