Onlayn ictimai-siyasi qəzet
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya, Avropa İttifaqının bir il ərzində istehsal etdiyi silah və hərbi sursatı üç ayda istehsal edir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Pistorius Rusiya prezidenti Vladimir Putinin "tamamilə hərbi iqtisadiyyata keçdiyini" vurğulayıb. Onun sözlərinə görə, Rusiya yüksək sürətlə hərbi istehsalatını artıraraq, öz müdafiə potensialını gücləndirir.
Nazir Almaniyanın təhlükəsizliyinin zəif olduğunu qeyd edərək, ölkəsinin müdafiə sahəsində daha sürətli irəliləməli olduğunu və müdafiə sahəsinə daha çox investisiya qoyulmasının vacib olduğunu əlavə edib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ