İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman deputatdan Angela Merkellə bağlı ŞOK AÇIQLAMA

Almaniya parlamentində Rusiya-Ukrayna savaşında əsas günahkarlardan birinin adı çəkilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bundestaqın Müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann Almaniyanın keçmiş kansleri Angela Merkelin qəbul etdiyi qərarları tənqid edib. Onun fikrincə, məhz Merkelin siyasəti Federasiyanın Ukraynaya genişmiqyaslı hücumunu mümkün edib.

Ştrak-Zimmermann bu fikri Almaniyanın RTL və n-tv telekanallarına müsahibəsində də səsləndirib. Alman deputat hələ 2008-ci ildə NATO-da Ukraynanın təşkilata tez bir zamanda qəbul edilməsinin çoxlu tərəfdarları olduğunu xatırladıb. Lakin Almaniya və Fransa Rusiyanın mövqeyinə görə buna qarşı çıxıblar.

Siyasətçinin fikrincə, ukraynalıların NATO-ya qoşulmaması o zaman Fransa və Angela Merkelin böyük səhvi idi.

Ştrak-Zimmermann hesab edir ki, Rusiyanın genişmiqyaslı hücumundan sonra Almaniya Ukraynanın tərəfini tutmalı və onu silahla dəstəkləməli idi. Ancaq "Angela Merkelin tarixini, xüsusən də onun hakimiyyətinin son illərini yenidən yazmaq və səhv hesablamaları tamamlamaq" lazım olacaq.

Münaqişənin perspektivlərini şərh edən Bundestaqın Müdafiə komitəsinin rəhbəri savaşın Birinci və ya İkinci Dünya müharibələri qədər davam etməsi ehtimalının az olduğunu söyləyib. Alman deputata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın geniş və davamlı dəstək almayacağına ümid bəsləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR